İşə qəbul imtahanları ilə bağlı VACİB XƏBƏRbackend

İşə qəbul imtahanları ilə bağlı VACİB XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II mərhələsi (test imtahanı) paytaxtda müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Bu barədə  BŞTİ-dən xəbər verilib.

İmtahanın keçiriləcəyi yeni tarixlə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsinin təxirə salınması ilə bağlı namizədlərin qeydiyyatdan keçdiyi mobil telefon nömrəsinə SMS göndərilib.

//APA