İşə qəbul olunmaq üçün bu sənəd tələb oluna bilər – YENİLİK/VİDEObackend

İşə qəbul olunmaq üçün bu sənəd tələb oluna bilər – YENİLİK/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün sahələrdə işə qəbul zamanı narkoloji testdən keçmə tələbi təklif edilir.

“Narkoloji xidmət və nəzarət haqqında” qanuna görə dövlət işində, müxtəlif vəzifələrdə çalışanlar işə qəbul zamanı və işlədiyi müddət ərzində vaxtaşırı olaraq, mütləq şəkildə tibbi müayinədən keçirlər. Ancaq hazırda bu tələb bütün işlərə şamil edilmir. Vətəndaşlar bu tələbin əhatə dairəsinin daha da genişləndirilməsini vacib hesab edirlər.

Əmək hüquqları üzrə mütəxəssis Sahib Məmmədov “Xəzər Xəbər”ə bildirib ki, hazırda dövlət qulluğu ilə bağlı şəxlsərin narkoloji testdən keçirilmələri ilə bağlı hər hansı tələb yoxdur. Ancaq hər hansı bir qurum işçinin qəbul edilməsindən sonra belə bir testdən keçməsini tələb edə bilər.

Sahib Məmmədov hesab edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarından başqa sürücülər, aviadispetçerlər, nəqliyyatı tənzimləmək sahəsində çalışanların da narkoloji testdən keçməsi tövsiyə olunandır.

Mütəxəssis həmçinin deyib ki, Azərbaycanda qanda qalıcılıq qısa müddətli olduğu üçün qandan narokoloji test götürülmür. Məhkəmə tibbi-ekspertizaları üçün izləri 1 ilədək qalıcı olan dırnaqdan nümunə götürülür. Şübhə varsa, saçdan, dırnaqdan da nümunələr götürülə bilər.