İsfahandakı PUA istehsalı zavodu zərər görməyib-FOTObackend

İsfahandakı PUA istehsalı zavodu zərər görməyib-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın İsfahan şəhərində “Şahed” PUA-ları istehsal edən zavod hücuma məruz qalmayıb.

Editor.az xəbər verir ki, bu barədə “Defense Express”in peyk çəkilişlərinə istinadən bildirib.

Məlumata görə, yanvarın 28-də yerli vaxtla saat 23:30 radələrində ilk olaraq məhz bu müəssisəyə hücum edildiyi barədə məlumat yayılıb. Peyk fotoşəkilləri isə hücumdan sonra – yanvarın 29-da yerli vaxtla saat 10:10-da çəkilib. Şəkillərdə heç bir zədə nəzərə şarpmır. “Defense Express” müqayisə üçün 26 noyabr 2022-ci il tarixindən başqa bir görüntü də dərc edib.

Ötən müddət ərzində müəssisədə daha iki anqar tikildiyi görünür, lakin “Şahəd-136” istehsalat zavodunun dağılması və ya ciddi zədələnməsi yoxdur: “İran bütün kritik və mühüm istehsal obyektlərini yerin altında yerləşdirir. Söhbət yeraltı komplekslərdən gedir. Və onları məhv etmək üçün xüsusi yüksək tutumlu beton deşici sursatlardan istifadə etmək lazımdır”, – materialda deyilir.

  //Samir Qurbanov, Editor.az