İşğal edilmiş ərazilərdə qanunsuz əldə olunan vəsaitlər Ermənistanın bank hesablarına keçirilib – Prezidentin köməkçisibackend

İşğal edilmiş ərazilərdə qanunsuz əldə olunan vəsaitlər Ermənistanın bank hesablarına keçirilib – Prezidentin köməkçisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğal edilmiş ərazilərdə mədəni abidələrin məhv edilməsi, mədəni irsin qəsdən məhv edilməsi də hərbi cinayətlərdir.

Editor.az bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, işğal edilmiş ərazilərimizdə bu günə qədər qanunsuz məskunlaşdırma siyasəti həyata keçirilir, amma buna zəruri adekvat reaksiya verilməyib. İşğal edilmiş ərazilərin qazanc məqsədilə istifadəsi də hərbi cinayətlərdir. İşğal edilmiş ərazilərdə qeyri-qanuni iqtisadi əlaqələr də qurulub:

“Mineral yataqlar qanunsuz şəkildə istismar edilib və ölkədən kənara çıxarılıb. Bu qanunsuz iqtisadi əlaqələr nəticəsində hasil olunan maddi resurslar Ermənistanın bank hesablarına keçirilib”.

//Milli.Az