İşğalçı ölkənin ordusunda nizam-intizamın növbəti pozulması halı: əsgərlərin silahlı “razborkaları”backend

İşğalçı ölkənin ordusunda nizam-intizamın növbəti pozulması halı: əsgərlərin silahlı “razborkaları”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yadınızdadırsa, 4 sentyabr tarixində “MediaPost” işğal edilən Dağlıq Qarabağ ərazisində dislokasiya olunan Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrindən birində nizamnamə tələblərinin pozulması haqqında, “Ermənistan ordusunda növbəti yerlibazlıq halı” məqaləsində məlumat verib.

Üzərindən cəmi üç gün keçdikdən sonra işğalçı orduda yeni hadisənin baş verməsinin şahidi olduq. Lakin bu dəfə silahın tətbiqi ilə. Belə ki, erməni mediasında Azərbaycanın işğal edilmiş Xocavənd yaşayış məntəqəsində dislokasiya olunan Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən birində, 2001-ci ildə anadan olmuş, Ermənistanın Ararat vilayətindəki Artaşat şəhər sakini 19 yaşlı S. Poqosyanın ehtiyatsızlığı nəticəsində sağ budunun güllə yarasının alması barədə xəbər yayılıb.

Xəbərdə atəşin S. Poqosyana təhkim olunmuş silahdan ehtiyatsızlıqdan açılması, yaralı əsgərin isə hərbi hospitalda yerləşdirilməsi  qeyd edilir.

Lakin “MediaPost”un əldə etdiyi məlumata görə, hadisə tamamilə başqa səbəbdən baş verib.

Belə ki, güllə yarası əsgər S.Poqosyan ilə əsgər Ara Petrosyan arasında baş vermiş nizam-intizam qaydalarının ciddi pozulması, əsgərlərin bir-birinə qarşı nifrət və ədavətin olması zəminində, əsgər Ara Petrosyan tərəfindən ona təhkim edilmiş avtomatdan əsgər S. Poqosyana açılan atəş nəticəsində alınıb.

Görünür ki, bu hadisə İrəvan erməniləri ilə Dağlıq Qarabağ erməniləri arasında davam edən daxili qarşıdurmanın yalnız növbəti epizodudur.

Erməni xəbərinin bir həqiqətə uyğun olan hissəsi var. Bu da yaralanmış əsgərin hərbi hospitala yerləşdirilməsidir. Lakin erməni jurnalistlərə bizim yardım qismində onlara verdiyimiz xəbəri tamamlayaq: əsgəri vuran digər əsgər barəsində cinayət işi açılıb.

Bizdən isə erməni valideynlərinə həmişəki kimi məsləhət: Öz balalarınızı ölümə göndərməmişdən əvvəl başa salın ki, nə “Qarabağ ermənilər” anlayışı, nə də ki “Artsax” anlayışı təbiətdə mövcud deyil, olmayıb, olmayacaq da. Var Azərbaycan vətəndaşı və Azərbaycanın ayrılmaz hissəsi Dağlıq Qarabağ.

Siz isə gedin coğrafiyanı oxuyun!