Rus ordusu Ukrayna qoşunlarının beş istiqamətdə yenidən qruplaşmasının qarşısını almağa çalışırlar.
Editor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz “Facebook” səhifəsində məlumat yayıb.
Bildirilib ki, düşmən Zaporojye, Novopavlovsk, Kuraxovski, Avdeyevski və Limanski istiqamətlərində təxribat törədir.
Eyni zamanda qeyd olunub ki, düşmən müxtəlif çaplı artilleriyadan bir sıra yaşayış məntəqələrini atəşə tutub. Baş Qərargahın açıqlamasında o da bildirilir ki, Volın və Polesye istiqamətlərində vəziyyət olduğu kimi qalır.
//Gülnarə Abasova, Editor.az

