Rusiya Silahlı Qüvvələrinin bütöv bir kəşfiyyat tağımı Çerniqov yaxınlığında Ukrayna hərbçilərinə təslim olub.
Editor.az “pravda.com.ua”-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Facebook-da qeyd edib:
“Ukraynalı əsgərlərin tam müqaviməti ilə qarşılaşan rus işğalçıları təslim olurlar. 74-cü motoatıcı briqadanın bütün kəşfiyyat tağımı Çerniqov yaxınlığında təslim oldu”.
//Gülnarə Abasova, Editor.az

