“Qarabağ və Şərqi Zəngəzurda yol infrastrukturu ciddi şəkildə yenilənir və inkişaf edir”.
Bu sözləri Editor.az-a ölkədəki yol infrastrukturu ilə bağlı danışarkən millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə 700 km-dən artıq yollar bərpa edilib və yenidən qurulub: “Bunlar təbii ki, nəqliyyat və logistik inkişafın işğaldan azad olunmuş ərazilərimizdə bərpasını təmin edir. Bu konteksdən Şuşa-Laçın yolu həm Qarabağ, həm də Şərqi Zəngəzurun inkişafı baxımından vacibdir. Bütövlükdə aparılan işlər hər iki iqtisadi rayonun iqtisadi potensialının reallaşmasına və inkişafına mühüm töhfə olacaq. Buna görə də Şuşa-Laçın yolunun inşa edilməsi bütövlükdə Qarabağ iqtisadiyyatının formalaşması üçün yeni imkanlar deməkdir”.
//Səbinə Hüseynli, Editor.az