İŞİD Bağdad terroruna görə məsuliyyəti öz üzərinə götürdübackend

İŞİD Bağdad terroruna görə məsuliyyəti öz üzərinə götürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı Bağdadda çoxsaylı insan tələfatı ilə nəticələnən ikili terror hücumunun məsuliyyətini öz üzərinə götürüb.

Bu barədə “Frans Press” məlumat yayıb.

Son məlumatlara görə, partlayış nəticəsində 32 nəfər ölüb, 110 nəfər yaralanıb. Bu son üç ildə İraq paytaxtındakı ən böyük terror aktıdır. İraq hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisənin səbəbkarları partlayıcı ilə dolu jilet geyinmiş iki terrorçu-kamikadzedir.

Qeyd edək ki, bir qədər əvvəl İraq paytaxtının mülki müdafiə xidmətinin rəhbəri general-mayor Kadim Salman hücumun arxasında İŞİD-in dayandığını iddia etmişdi.

Xatırladaq ki, bunadək terror təşkilatının Bağdada son hücumu 2018-ci ilin yanvarında baş vermişdi. Həmin vaxt bazarda baş verən partlayış nəticəsində 27 nəfər həyatını itirmişdi.

Loading...