İŞİD Əbu Hüseyn əl-Hüseyni əl-Qureyşinin ölümünü təsdiqləyibbackend

İŞİD Əbu Hüseyn əl-Hüseyni əl-Qureyşinin ölümünü təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İslam Dövləti” (İŞİD) lideri Əbu Hüseyn əl-Hüseyni əl-Qureyşinin ölümünü təsdiqləyib və onun varisinin Əbu Həfsa əl-Haşimi əl-Qureyşinin elan edildiyini açıqlayıb.

Editor.az bildirir ki, bu barədə qrupun mətbuat katibi Telegram-da məlumat verib. Əbu Hüseyn əl-Hüseyni əl-Qureyşi 2022-ci ilin noyabrından – sələfi öldürüldükdən sonra Suriyada bu terror qrupuna rəhbərlik edir.

“İslam Dövləti” yaraqlıları Suriya və İraqda hücumlarını davam etdirir. Minlərlə döyüşçü iki ölkənin (Suriya və İraq) ucqar daxili ərazilərində gizlənir və qəfil hücumlar təşkil etməyə çalışırlar.

//Samir Qurbanov, Editor.az