İŞİD lideri olduğu iddia edilən şəxs İstanbulda ƏLƏ KEÇDİbackend

İŞİD lideri olduğu iddia edilən şəxs İstanbulda ƏLƏ KEÇDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İŞİD-in yeni lideri iddia olunan Əbu Həsən əl-Qureyşinin İstanbulda ələ keçirildiyi deyilir.

“Odatv”dən Toygun Atillanın verdiyi xəbərə görə, İŞİD liderinin qaldığı ev nəzarətə götürülüb. Əməliyyata şəxsən İstanbulun polis rəisi Zəfər Aktaş rəhbərlik edib.

Əbu Həsən əl-Qureyşi həm Terrorla Mübarizə, həm də Milli Kəşfiyyat Təşkilatından olan ekspertlər qrupu tərəfindən sorğu-sual edilib.

İddialara görə, yaxın günlərdə Prezident Rəcəb Tayyib Ərdoğanın İŞİD liderinin ələ keçirilməsinin təfərrüatlarını açıqlayacağı bildirilir.