ABŞ ordusu Suriyada İŞİD terror qruplaşmasının yüksək rütbəli məmurunu öldürüb. Bu barədə ABŞ Mərkəzi Komandanlığı iyunun 19-da X sosial şəbəkəsində məlumat verib: “İyunun 16-da ABŞ Mərkəzi Komandanlığı Suriyada hava hücumu təşkil edərək, İŞİD-in yüksək rütbəli rəsmisi Usamə Camal Məhəmməd İbrahim əl-Cənabini və onun vasitəçisini öldürüb.
Onun ölümü İŞİD-in resurslar əldə etmək və terror hücumları həyata keçirmək imkanlarını pozacaq”, – məlumatda deyilir. Hərbçilərin qeyd etdiyi kimi, zərbə nəticəsində mülki şəxslərdən xəsarət alan olmayıb.
ABŞ həmçinin İŞİD-i məğlub etmək üçün əməliyyatları davam etdirəcəyinə söz verib.
//Samir Qurbanov, Editor.az

