“İslahatçı Gənclər”lə Türkiyənin tanınmış gənclər birliyi arasında memorandum imzalanıb-FOTOLARbackend

“İslahatçı Gənclər”lə Türkiyənin tanınmış gənclər birliyi arasında memorandum imzalanıb-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərində “İslahatçı Gənclər” İctimai Birliyi ilə Türkiyənin Gənc Uluslararası İletişimçiler Kurulu arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb. Gənc Uluslararası İletişimçiler Kurulunun İstanbulda yerləşən mərkəzi qərargahında baş tutan toplantıda Azərbaycanla Türkiyə arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyi, iki qardaş ölkənin bütün sahələrdə strateji tərəfdaşlıq əlaqələrinə malik olduğu qeyd olunub.

Toplantıda çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Gənc Uluslararası İletişimçiler Kurulunun sədri Gökçə Nur Ataman bildirib ki, gənclər siyasəti, beynəlxalq əməkdaşlıq sahəsində iki qardaş ölkənin təşkilatlarının birgə fəaliyyətinə ciddi ehtiyac var. Bildirilib ki, imzalanan memorandumla iki təşkilat bir sıra istiqamətlər üzrə birgə əməkdaşlıq edəcək.

Toplantıda “İslahatçı Gənclər” İctimai Birliyinin sədr müavini, Azxeber.com İnformasiya Portalının baş redaktoru Hacıbəy Heydərli də iştirak edib.

Qeyd edək ki, “İslahatçı Gənclər” İctimai Birliyinin Türkiyə səfərinə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi dəstək verib.