“İslahatçı Gənclər” Ukraynada səfərdə olub-FOTOLARbackend

“İslahatçı Gənclər” Ukraynada səfərdə olub-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) heyəti ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə Ukraynada səfərdə olub. Birliyin sədri Fərid Şahbazlı, gənc jurnalistlər Hacıbəy Heydərli, Əfsələddin Ağalarov Ukraynaya səfər çərçivəsində bir sıra mühüm görüşlər keçiriblər.

Öncə Azərbaycanın Ukraynadakı səfirliyi ziyarət edilib. Səfir Elmira Axundova ilə baş tutan görüşdə “İslahatçı Gənclər” İctimai Birliyi fəaliyyəti və səfəri ilə bağlı geniş məlumat verilib. Səfir gənclərdən gələn təşəbbüslərin dəstəklənəcəyini bildirib.

“İslahatçı Gənclər” İctimai Birliyinin heyəti Kiyev Vilayət Adminstrasiyası və Gənclər Şurası, Kiyev şəhər Meriyasının Kiyev Gənclər Mərkəzi, İrpen şəhər Meriyasının Gənclər Şurası, “Avropa həmrəyliyi” Partiyasının Gənclər Birliyi, Ukrayna Maliyyə Nazirliyinin Universiteti, Kiyev Milli Linqivistika Universitetində rəhbərlik səviyyəsində görüşlər keçiriblər.

Azərbaycanlı gənclər ukraynalı həmkarları ilə görüşlərdə Azərbaycanın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda əldə etdiyi tarixi zəfər, ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti haqqına geniş məlumat veriblər.

Görüşlərdə Ukraynanın tələbə və gənclər təşkilatları ilə gənclər, təhsil, mədəniyyət sahələrində birgə əməkdaşlıq haqqında razılıq əldə olunub.

Razılığa əsasən qarşıdakı aylarda Bakı şəhərində Azərbaycan və Ukrayna gənclərinin birgə toplantısının keçirilməsi planlaşdırılır.