“İslahatçı Gənclər” Ukraynada “Şuşa İli” çərçivəsində silsilə tədbirlər keçirib-FOTOLARbackend

“İslahatçı Gənclər” Ukraynada “Şuşa İli” çərçivəsində silsilə tədbirlər keçirib-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İslahatçı Gənclər” İctimai Birliyi “Şuşa İli” çərçivəsində Ukraynanın paytaxtı Kiyev şəhərində silsilə tədbirlər həyata keçirib. Birliyin sədri Fərid Şahbazlı bildirib ki, İrpen şəhər Muzeyi və Taurida Milli Universitetində “Şuşa ili” ilə bağlı fotosərgilər keçirilib. F.Şahbazlı qeyd edib ki, sərgilərdə İrpen şəhər Meriyasının, universitetin rəhbərliyi, tələbə gənclər, müəllimlər iştirak edib.

Sərgilərdə Şuşanın tarixi, mədəni irsi, işğal dövründə məruz qaldığı vandallıq, təbiəti, turizm potensialı, Prezident İlham Əliyev səfərlərini əks etdirən fotolar nümayiş etdirilib. Eyni zamanda Qarabağda qazandığımız böyük zəfər və Şuşa şəhərinin Azərbaycan üçün siyasi-strateji əhəmiyyəti haqqında Ukrayna ictimaiyyətinin nümayəndələrinə geniş məlumat verilib.

Sərgidə nümayiş etdirilən fotolar və Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması faktı ukraynalılar tərəfindən böyük maraqla qarşılanıb, ukraynalı gənclər bu şəhəri ziyarət etmək arzularını ifadə ediblər.

“Şuşa İli” çərçivəsində tədbirlər müxtəlif ölkə və şəhərlərdə davam etdiriləcək.

\\Editor.az