“İslahatçı Gənclər” Vüsal Məmmədovu təltif etdibackend

“İslahatçı Gənclər” Vüsal Məmmədovu təltif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İslahatçı Gənclər” İctimai Birliyi “Caspian Tech” QSC-nin baş direktoru Vüsal Məmmədovu fəxri diplomla təltif edib.

Birliyin mətbuat xidmətinin məlumatına görə, Vüsal Məmmədov bu mükafata İB-nın fəaliyyətinə, gənclərin təşəbbüslərinin dəstəklənməsinə, Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği işinə verdiyi dəstəyə görə layiq görülüb.

Mükafatı Vüsal Məmmədova Birliyin rəhbəri Fərid Şahbazlı təqdim edib. Şahbazlı bildirib ki, “Caspian Tech” daima gənclərin təşəbbüslərinə dəstək verməsi ilə fərqlənib.

V. Məmmədov isə görüş zamanı çıxışında qeyd edib ki, rəhbərlik etdiyi şirkət bundan sonra da gənclər və cəmiyyət üçün faydalı layihələri dəstəkləməyə davam edəcək.