İslam Əməkdaşlıq Təşkilatından İrana Azərbaycanla bağlı çağırışbackend

İslam Əməkdaşlıq Təşkilatından İrana Azərbaycanla bağlı çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurası İranı Azərbaycan səfirliyində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbərinin ölümü ilə nəticələnən insidenti araşdırmağa çağırıb. İKT Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyasında “Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum” adlı qətnamə qəbul edilib. Sənəddə Tehrandakı səfirliyə hücum pislənir və günahkarların tapılıb cəzalandırılmasının vacibliyi vurğulanır.

Şura İran hökumətini silahlı hücumla bağlı hərtərəfli araşdırma aparmağa, günahkarları məsuliyyətə cəlb etməyə, həmçinin 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyinin müdafiəsini təmin etməyə çağırıb.

Qeyd edək ki, yanvarın 27-də Tehrandakı səfirliyə naməlum şəxs avtomatla hücum edib. Nəticədə iki əməkdaşı yaralanıb, bir nəfər – təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərov isə həlak olub. Bakıda diplomatik nümayəndəliyə hücum terror aktı kimi qiymətləndirilir.

Səfirliyin bütün əməkdaşları, eləcə də ailələri vətənlərinə təxliyə edilib. Vətəndaşlara İrana səfərdən çəkinməyə çağırılıb. Prezident İlham Əliyev açıq şəkildə bildirib ki, iki ölkə arasında münasibətlər yalnız mütəşəkkil terror aktı ilə bağlı şəffaf araşdırma aparıldıqdan sonra normallaşa bilər.

  //Samir Qurbanov,Editor.az