“İslam Müqaviməti” Hərəkatının silahlıları Suriyadakı Amerika hərbi bazalarına hücum etdilərbackend

“İslam Müqaviməti” Hərəkatının silahlıları Suriyadakı Amerika hərbi bazalarına hücum etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 23-də “İslam Müqaviməti” Hərəkatının yaraqlıları Amerika Birləşmiş Ştatlarının Suriyadakı hərbi bazalarına hücum elan ediblər.

Editor.az “Al Mayadeen” telekanalının məlumatına istinadən bildirir ki, onlar Der Ezzor şəhərindəki Əl-Ömər neft yatağına, eləcə də Suriyanın şərqindəki Əl-Həsəkənin Əl-Şədadi adlanan kəndindəki Amerika bazasına kamikadze pilotsuz təyyarələrlə zərbələr endiriblər. Bəyanatda bildirilir ki, bazalar kamikadze dronları tərəfindən uğurla sıradan çıxarılıb.

//Samir Qurbanov, Editor.az