İsrail Müdafiə Qüvvələri Fələstin İslami Cihad (PIJ) qruplaşmasının bütün elitasını məhv edib.
Editor.az bildirir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. Nəşrin məlumatına görə, Qəzza zolağının cənubundakı qruplaşmanın komandiri Xalid Mənsur məhv edilib.
Buna cavab olaraq Fələstin İslami Cihad (PIJ) İsrail ərazisinə 350 raket atıb. Onlardan 162-si “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib. Daha yüz raket Qəzza zolağına, 30-dan çoxu isə Aralıq dənizinə düşüb. Təl-Əviv yaxınlığında da iki raket düşüb.
Editor.az

