“İslami Cihad”ın liderlərindən biri öldürldübackend

“İslami Cihad”ın liderlərindən biri öldürldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin “İslami Cihad” qruplaşmasının yüksək rütbəli lideri Musa Nasir Qəzza zolağının şimalında öldürülüb.

Editor.az bildirir ki, o, İsrail bombardmanı nəticəsində ölüb. Qeyd edək ki, oktyabrın 7-də “İslami Cihad” İsrailə hücum üçün “Həmas” hərəkatına qoşulduğunu elan edib. Oktyabrın 9-da qruplar Qəzza zolağında mülki İsrail vətəndaşları və hərbçilər də daxil olmaqla azı 130 nəfəri girov saxladıqlarını elan edibər.

İsrail Müdafiə Qüvvələri (SAXAL) onlara Qəzza zolağında hərbi əməliyyata başlamaqla cavab verib. Onlar “İslami Cihad” əməliyyat komandanlıq mərkəzinə hücum ediblər. KİV-in məlumatına görə, oktyabrın 11-də SAXAL HƏMAS-ın hərbi qanadının lideri Məhəmməd Deyfin evinə hücum edib.

//Samir Qurbanov, Editor.az