İslandiyanın xarici işlər naziri ölkənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara son qoyulduğunu açıqlayıbbackend

İslandiyanın xarici işlər naziri ölkənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara son qoyulduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslandiyanın xarici işlər naziri Torgerdur Katrin Qunnarsdottir ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların davam etdirilməyəcəyini açıqlayıb.

Editor.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, İslandiya xalqı keçirilən referendumda mövqeyini ortaya qoyub və səsvermənin nəticələri Aİ-yə üzvlüklə bağlı danışıqların davam etdirilməyəcəyini göstərir.

“İslandiya xalqı öz mövqeyini ifadə edib. Dünən keçirilən referendumun nəticəsi Aİ ilə danışıqların davam etdirilməyəcəyi deməkdir”, — Qunnarsdottir qeyd edib.

Bununla yanaşı, xarici işlər naziri İslandiyanın Avropa İttifaqı ilə əməkdaşlığının davam etdiriləcəyini vurğulayıb. Onun sözlərinə görə, bu əməkdaşlıq Avropa İqtisadi Zonasına dair saziş çərçivəsində həyata keçiriləcək.

İslandiyanın Aİ ilə yaxınlaşmasını nəzərdə tutan referendumun nəticəsi Avropada da geniş əks-səda doğurub. NATO-nun genişlənməsi üzrə Avropa Komitəsinin rəhbəri Günter Ferlinqer referendumun nəticəsini “Putinin qələbəsi” kimi qiymətləndirib.

İslandiyanın RUV tele-radio şirkətinin məlumatına görə, referendum iştirakçılarının 52,5 faizi ölkənin Avropa inteqrasiyasının davam etdirilməsinin əleyhinə səs verib. Bu, 99 mindən çox seçiciyə bərabərdir. Aİ ilə yaxınlaşmanı dəstəkləyənlərin payı isə 47,5 faiz, yəni 89 mindən çox seçici olub.

Euractiv referendumun nəticəsini Brüsselin Avropa İttifaqının genişləndirilməsi planlarına “ciddi zərbə” kimi qiymətləndirib.

Daha əvvəl Fransada da İslandiyanın Aİ-yə üzvlüyü ilə bağlı referendumun nəticəsi “şillə” ifadəsi ilə şərh edilmişdi.

//Gülnarə Abasova, Editor.az