İsmayıl Haniyənin qətlində yeni detallar: raket zərbəsi ilə öldürülməyibbackend

İsmayıl Haniyənin qətlində yeni detallar: raket zərbəsi ilə öldürülməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni öldürmək üçün istifadə edilən bomba təxminən iki ay əvvəl Tehrandakı qonaq evində gizli şəkildə gizlədilib.

Editor.az bildirir ki, bu barədə “The New York Times” qəzeti yazıb. Halbuki daha əvvəl media Haniyənin raket hücumu nəticəsində öldürüldüyünü bildirmişdi. “The New York Times” qəzetinə görə, Haniyyənin otağında olduğu məlum olanda bomba uzaqdan partladılıb.

Qonaq evi İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən qorunur. O, Tehranın şimalındakı yüksək səviyyəli ərazidə “Neşat” kimi tanınan kompleksin bir hissəsidir. “Fars” xəbər verir ki, ilkin araşdırmalar Haniyənin ölümündə İsrailin məsuliyyət daşıdığını göstərir. İran agentliyi, eləcə də bir çox digər KİV HƏMAS siyasi büro rəhbərinin raket hücumu nəticəsində öldürüldüyünü iddia edir.

Xatırladaq ki, İsmayıl Haniyyə iyulun 31-nə keçən gecə İranda dünyasını dəyişib. HƏMAS İsraili günahlandırsa da İsrail hakimiyyəti qətldə iştirakını etiraf etməyib. İran “şəhidin qanına görə qisas almaq” üçün müxtəlif variantları araşdırır.

//Samir Qurbanov, Editor.az