İsmayıl Vəliyev azadlığa buraxıldıbackend

İsmayıl Vəliyev azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev azadlığa buraxılıb.

Editor.az  “Qafqazinfo”ya istinadla xəbər verir ki, amnistiya aktı ona da şamil edilib.

İ.Vəliyev saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Xatırladaq ki, Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev mənimsəmə və rüşvət almaqda təqsirli bilinərək 6 il 2 ay azadlıqdan məhrum edilmişdi. Onun çəkilməmiş dörd ay cəza müddəti qalmışdı.