İsmayıllı-Lahıc yolu bağlanıbbackend

İsmayıllı-Lahıc yolu bağlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarlı hava şəraiti Azərbaycanın bölgələrində nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

“Report” xəbər verir ki, ölkə ərazisində hökm sürən yağıntılı hava şəraiti muxtar respublikada nəqliyyatın hərəkətində bir sıra çətinliklər yaradıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən qarın ən çox yağdığı ərazilərdə, magistral, dağlıq və dağətəyi qəsəbə, kənd yollarının təmizlənmə işləri görülür.

Ötən gecədən ölkə ərazisində yağmağa başlayan güclü qar İsmayıllı rayonunda da bir sıra çətinliklər yaradıb.

Yağan güclü qar nəticəsində İsmayıllı-Lahıc yolu bağlanıb və bunun nəticəsində həmin əraziyə insanların və avtomobillərin gediş-gəlişi məhdudlaşdırılıb.

Bundan başqa, səhər saatlarından Lahıcda və yaxın kənd məktəblərində işləyən müəllimlər yolun bağlanması səbəbindən həmin ərazidə olan təhsil ocaqlarına gedə bilməyiblər. Hazırda yolun açılması istiqamətində İsmayıllı Rayon 5 nömrəli Yol-istismar İdarəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Sürücülərdən həmin yollardan müvəqqəti olaraq istifadə etməmələri tövsiyə olunur. Hazırda rayon ərazisində güclü qar yağıntısı davam edir.