İsmayıllıda iki azyaşlını it dişləyibbackend

İsmayıllıda iki azyaşlını it dişləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsmayıllıda iki azyaşlını it dişləyib.
Editor.az ONA-ya istinadən xəbərinə görə, rayonun Xanagah kəndində yaşayan 2014-cü il təvəllüdlü Ələkbərov Əli Rafael oğlu qonşunun itinin hücumuna məruz qalıb. İt uşağın çanaq nahiyyəsini, əl və ayağını dişləyib. Azyaşlı xəstəxanaya çatdırılıb, əməliyyat olunub.
Rayonun Xankəndi kəndində yaşayan 2015-ci il təvəllüdlü Adıgözəlova Aylin Murad qızı isə həyətdə oynayarkən sahibsiz küçə itinin hücumuna məruz qalıb. Uşaq qol və baş nahiyyəsindən xəsarət alıb.
Hər iki uşaq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.