İsmayıllıda növbəti dəfə zəlzələ oldubackend

İsmayıllıda növbəti dəfə zəlzələ oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı rayonunda zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, İsmayıllı stansiyasından 46 km şimal-şərqdə, yerli vaxtla saat 07:49-da baş verən yeraltı təkanların maqnitudası 3 olub.

Zəlzələ ocağı 3 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, fevralın 27-də də İsmayıllıda 3.3 maqnitudalı zəlzələ olmuşdu. Onun ocağı 43 kilometr dərinlikdə yerləşirdi.