İsmayıllıda sel fəlakəti: Evləri, obyektləri su basdı, yolda hərəkət çətinləşdi – VİDEObackend

İsmayıllıda sel fəlakəti: Evləri, obyektləri su basdı, yolda hərəkət çətinləşdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllıda güclü leysan yağışdan sonra Namazgah kəndinə sel gəlib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, yağan yağış təsərrüfata ciddi ziyan vurub. Sel evləri, turizm-istirahət obyektlərini, mağazaları basıb. Sel səbəbindən yolları qalın lil qatı örtüb, nəqliyyatın hərəkəti çətinləşib.

Qeyd edək ki, dünən axşam saatlarında yağan güclü leysan xarakterli yağışdan sonra İsmayıllı-Lahıc yolu bağlanıb.

Sel suları qəsəbəyə və ətraf kəndlərə gedən qaz xətlərini zədələyib, elektrik dirəklərini aşırıb.

Eyni zamanda, sel suları Yuxarı Zərnava kəndinə gedən yolu da keçilməz edib. Paralel olaraq rayon ərazisindən keçən Girdiman çayının suyunda da artım müşahidə olunur.