“Bu baxımdan da İsmayıllıdakı “DOST EVİ” çox yaxşı nümunədir”-ŞƏRHbackend

“Bu baxımdan da İsmayıllıdakı “DOST EVİ” çox yaxşı nümunədir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə İsmayıllada DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialının açılışı mühüm hadisədir”.

Bu sözləri Editor.az-a İsmayıllıda açılan “DOST EVİ” ilə bağlı danışarkən millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, üç il əvvəl təməlqoyma mərasimində belə açılış səbrsizliklə gözlənilirdi:

“Çünki “DOST EVİ”nin açılması sosial problemlərin həlli və yeni iş yerlərinin açılması baxımından olduqca vacib rola sahibdir.

Hesab edirəm ki, bu sosial sahədə görülən işlərə nümunədir və böyük əhəmiyyəti var. Eyni zamanda, gələn qonaqlar və turistlər buradan maraqlı hədiyyələr əldə edəcəklər.

Başqa regionlarda da bu cür sosial mərkəzlərin açılması əhalinin yaşayış səviyyəsinə öz müsbət təsirini göstərə bilər. Bu baxımdan da İsmayıllıdakı “DOST EVİ” çox yaxşı nümunədir”.

//Səbinə Hüseynli, Editor.az