İsmayıllının dörd kəndinin şagirdləri təhsilsiz qalıblarbackend

İsmayıllının dörd kəndinin şagirdləri təhsilsiz qalıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllının dörd kəndinin şagirdləri 10 gündür dərsə getmirlər.

Belə ki, şagirdlər keçən il qonşu kənddəki məktəbə nəqliyyat vasitələri ilə aparılsalar da, bu il daşınma dayandırılıb. Bu səbəbdən İsmayıllı rayonunun dörd kəndindən 52 şagird günlərdir dərsə getmir.

Yeniyol, Tircan-Ferma, Zərgəran, Pirəbilqasım kəndlərində yaranan bu problemlə bağlı valideynlər “Xəzər Xəbər”ə müraciət ediblər.

Onların sözlərinə görə, oktyabr ayının 1-dən şagirdlərin daşınması üçün ayrılan nəqliyyat vasitələrinin səbəb göstərilmədən fəaliyyəti dayandırılıb.

Dağlıq Şirvan Regional Təhsil İdarəsindən bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi və şagirdlər üçün daha geniş imkanların təmin edilməsi məqsədilə optimallaşdırma, yəni məktəblərin birləşdirilməsi tədbirləri həyata keçirilir:

“İsmayıllı rayonunun dörd kəndində say azlığı səbəbindən şagirdlər rayonun Təzəkənd kənd tam orta məktəbinə köçürülüblər. 52 məktəblinin ötən tədris ilində ayrılmış nəqliyyat vasitəsi ilə daşınması təmin edilib. Bu proses yeni tədris ilində oktyabrın birinə kimi davam edib və daşıyıcı şirkətlə müqaviləyə xitam verilib. Hazırda şagirdlərin daşınmasını həyata keçirmək üçün başqa şirkətlərlə aparılan danışıqlar davam etdirilir. Proses yaxın günlərdə bərpa ediləcək”.

Ətraflı süjetdə: