Prezident İlham Əliyev İ.D.Abasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Editor.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə İsmət Dursun oğlu Abasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.