İspaniya ABŞ-dan “F-35” qırıcıları almaq planlarından imtina edibbackend

İspaniya ABŞ-dan “F-35” qırıcıları almaq planlarından imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya Amerika-dan F-35 qırıcıları almaq planlarından imtina edib.

Editor.az xəbər verir ki, bu barədə “El Pais” qəzetinin adı çəkilməyən hökumət mənbələrinə istinadən verdiyi məlumatda deyilir.

İspaniya hökumətinin 2023-cü il büdcəsində yeni döyüş təyyarələrinin alınması üçün 6,25 milyard avro (7,24 milyard dollar) ayırdığı bildirilir.

Bununla belə, məqalədə qeyd olunur ki, İspaniya hökuməti 2025-ci ildə Avropanın müdafiəsi üçün 10,5 milyard avroluq əlavə büdcənin böyük hissəsini xərcləməyi planlaşdırır və bununla da döyüş təyyarələrinin alınması mümkünsüz olur.

Qeyd edək ki, F-35 Lightning II Amerikanın Lockheed Martin şirkəti tərəfindən üç variantda hazırlanmış gizli, çoxməqsədli beşinci nəsil döyüş təyyarələri ailəsidir: F-35A, F-35B, F-35C.

//Gülnarə Abasova, Editor.az