İspaniya hökuməti İsrailin ünvanına irəli sürülən ittihamları və tətbiq etdiyi tədbirləri qətiyyətlə rədd edib.
Bu addım, İsrailin Qəzzada törətdiyi hərəkətlərə cavab olaraq Madrid tərəfindən qəbul edilmiş doqquz sanksiya paketinin elanından sonra atılıb.
Editor.az xəbər verir ki, İspaniya Baş naziri Pedro Sançes bu gün səhər verdiyi açıqlamada, İsrailə qarşı doqquz sanksiyanın tətbiq olunduğunu bildirib. Təl-Əvivin reaksiyası isə iki ölkə arasındakı diplomatik gərginliyi daha da artırıb.
Hökumət tərəfindən elan edilən sanksiyalar arasında ticarət və diplomatik əlaqələrin məhdudlaşdırılması tədbirləri də yer alır. İspaniya rəsmiləri bu qərarın beynəlxalq hüquqa və insan haqlarına hörmətin təmin edilməsi məqsədilə qəbul edildiyini vurğulayıblar.
//Samir Qurbanov, Editor.az

