İspaniya selə qərq olubbackend

İspaniya selə qərq olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Soyuq hava İspaniyanın cənub-şərqinə güclü yağış gətirib və ölkədə güclü daşqınlara səbəb olub.

Editor.az bildirir ki, bu barədə “Reuters” xəbər verir. Bütün şəhərləri su basıb, insanlara öz evlərini tərk etməmək və lazımsız səyahətlərdən çəkinmək tövsiyə olunur. Bir neçə ölüm faktı artıq məlumdur.

“Ölənlərin cəsədləri tapılıb, lakin ailələrə hörmət olaraq, əlavə məlumat verməyəcəyik” – Valensiya vilayətinin rəhbəri Karlos Meyson deyib.

İspaniyanın dövlət meteorologiya agentliyi AEMET, artıq 200 mm yağışın düşdüyü Valensiya və digər bölgələr üçün qırmızı təhlükə elan edib. Ən çox zərər çəkmiş bölgələrdə məktəblər bağlanıb və digər kritik olmayan xidmətlər dayandırıləb.

//Samir Qurbanov, Editor.az