İspaniya Superkuboku: “Real Madrid” finala penaltilərlə çıxdıbackend

İspaniya Superkuboku: “Real Madrid” finala penaltilərlə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya Superkubokunda yarımfinal oyunlarına start verilib.

İlk qarşılaşmada son ölkə çempionu və Superkubokun hazırki sahibi “Real Madrid” “Valensiya” ilə üz-üzə gəlib.

Kral Fəhd adına beynəlxalq stadionda baş tutan matç gərgin mübarizə şəraitində keçib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda qapılara qol vurulmayınca matçın taleyini 11 metrlik cərimə zərbələri həll edib. “Futbol lotereyası”nda isə daha dəqiq olan Kral klubu finala vəsiqə qazanıb – 4:3.

Qeyd edək ki, turnir Səudiyyə Ərəbistanında keçirilir. İspaniya Superkuboku çərçivəsində ikinci yarımfinal görüşü cümə axşamı oynanılacaq. Ötən mövsümü ikinci sırada bitirən “Barselona” “Real Betis”i sınağa çəkəcək.

Yarışın həlledici oyunu isə yanvarın 15-də baş tutacaq.

Oxu.az