İspaniya Ukraynaya 1 milyard avro dəyərində yeni hərbi yardım paketi göndərəcək.
Editor.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Pedro Sançes sosial şəbəkədəki səhifəsində məlumat verib.
“Ukrayna ədalətli və davamlı sülhə nail olmalıdır. Bütün avropalıların azadlığı, təhlükəsizliyi və gələcəyi bundan asılıdır. Ona görə də indicə Kiyevdə elan etdim ki, İspaniya Ukrayna xalqına 1 milyard avro dəyərində yeni hərbi yardım paketi göndərəcək”, -o yazıb.
//Gülnarə Abasova, Editor.az