İspaniya Ukraynaya 10 təyyarə silah göndəribbackend

İspaniya Ukraynaya 10 təyyarə silah göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın müdafiə naziri Marqarita Robles cümə axşamı İspaniyanın Ukraynaya 10 təyyarə yükü silah göndərdiyini bildirib.

Bu barədə Editor az. “Evropean Pravda”ya istiandən xəbər verir. Moron de la Frontera (Sevilya) aviabazasını ziyarət etdikdən sonra jurnalistlərə açıqlama verən Robles xatırladıb ki, Saraqosadan Ukrayna üçün hücum silahları olan iki A-400 təyyarəsi əvvəllər bu bazadan uçmuşdu və müharibə başlayandan İspaniya bütövlükdə on silah dolu təyyarə gəndərib.

“Əla iş görülüb”, – deyə nazir vurğulayıb və əlavə edib ki, İspaniya təkcə silah göndərmir, həm də humanitar işlər aparır. Bu məqsədlə xərçəng xəstəliyinə tutulmuş və əlil uşaqların gətirilməsi üçün artıq üç reys ayırmışıq. Ukraynaya lazım olan zirehli təcili yardım Mariupola göndərilib. Robles həmçinin elan edib ki, İspaniya Ukraynanın “ehtiyac duyduğu və bizdən tələb etdiyi” hər şeyi göndərməyə davam edəcək. Xatırladaq ki, NATO-nun baş katibi bildirmişdi ki, Şimali Atlantika Alyansı bu müharibənin demokratik dünya üçün əhəmiyyətini nəzərə alaraq Ukraynaya “lazım olduğu qədər” silahla kömək edəcək.

Editor.az