İspaniya Ukraynaya 2 milyard avro ayırıbbackend

İspaniya Ukraynaya 2 milyard avro ayırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya Ukraynaya, o cümlədən hərbi yardım məqsədilə ümumilikdə 2 milyard avro məbləğində dəstək ayırıb.

Editor.az “El Pais” nəşrinə istinadla xəbər verir ki, bu barədə ölkənin baş naziri Pedro Sançes açıqlama verib.

“Biz Ukraynaya hərbi yardım da daxil olmaqla, bütün sahələri əhatə edən 2 milyard avrodan artıq yardım göstərmişik”, – deyə baş nazir bildirib.

Qeyd edək ki, bundan əvvəl Niderlandın gələn ilin birinci rübündə Ukraynaya əlavə olaraq 700 milyon avro (təxminən 815 milyon dollar) məbləğində hərbi yardım göstərəcəyi barədə məlumat yayılmışdı.

//Gülnarə Abasova, Editor.az