İspaniya XİN: Aİ Cəbəllütariq məsələsi üzrə Böyük Britaniya ilə əldə olunan sazişi təsdiqləyibbackend

İspaniya XİN: Aİ Cəbəllütariq məsələsi üzrə Böyük Britaniya ilə əldə olunan sazişi təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı ilə Böyük Britaniya arasında Cəbəllütariqin statusunu tənzimləyəcək sazişin Aİ səviyyəsində təsdiqlənməsinə yaşıl işıq yandırılıb.

Editor.az xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares açıqlamasında bildirib.

Brüsseldə bir araya gələn Aİ-yə üzv dövlətlər Cəbəllütariq üzrə tarixi sazişin təsdiqi ilə bağlı razılığa gəliblər. Sazişin 15 iyul tarixində qüvvəyə minməsi gözlənilir. Bu sənəd Endülüs bölgəsində yerləşən Kampo-de-Cəbəllütariqdə yaşayan 300 min nəfər üçün əlavə təminat yaradacaq. Nazir qeyd edib ki, bu, həm İspaniya, həm də Avropa üçün mühüm uğurdur.

Saziş “Brexit”dən (Böyük Britaniyanın Avropa İttifaqından çıxışı prosesi) sonra İspaniya, Aİ və Böyük Britaniya arasında münasibətlər üçün yeni hüquqi çərçivə formalaşdıraraq sərhəd keçidlərini asanlaşdırmağı və bölgədə sabitliyi gücləndirməyi hədəfləyir. Sənəd hüquqi və dil baxımından yoxlanışı tamamlandıqdan sonra rəsmi şəkildə qəbul ediləcək.

//Gülnarə Abasova, Editor.az