İspaniyada 2 uşaq müəmmalı hepatitdən dünyasını dəyişibbackend

İspaniyada 2 uşaq müəmmalı hepatitdən dünyasını dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada ilk dəfə olaraq dünyaya yayılmağa başlayan mənşəyi məlum olmayan hepatit virusu (qaraciyərin iltihabı) səbəbindən 2 uşaq dünyasını dəyişib.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyi ölkədə mənşəyi məlum olmayan 46 hepatitə yoluxma faktının aşkarlandığını bildirib. Nazirliyin açıqlamasında bildirilir ki, qaraciyər köçürülən 15 aylıq körpə iyun, 6 yaşlı uşaq isə iyul ayında mənşəyi məlum olmayan hepatit virusundan dünyasını dəyişib.

ÜST iyulun 8-nə 35 ölkədə ümumilikdə 1010 hepatit hadisəsinin olduğunu və 22 uşağın virusa görə öldüyünü açıqlayıb. İngiltərədə aprel ayında ortaya çıxan və qısa müddətdə bir çox ölkəyə yayılan mənşəyi bilinməyən hepatit virusu 1 aydan 16 yaşa qədər uşaqlarda görülür. Virusun sarılıq, ishal, qusma və qarın ağrısı kimi simptomları var.

//Gülnarə Abasova, Editor.az