İspaniyada inflyasiya yenidən yüksəlirbackend

İspaniyada inflyasiya yenidən yüksəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada illik inflyasiya 8.7 faiz olub. Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə açıqlamanı ölkənin Milli Statistika İnstitutu verib.

May ayında inflyasiya faizinin artması iqtisadçılar tərəfindən narahatlıqla qarşılanıb. Keçən 8.3 faiz olan inflyasiya bu ay 8.7 faiz olub. İqtisadçılar inflyasiyanın səbəbini qida və yanacağın bahalaşması ilə əlaqələndirir.

İnflyasiyanın baş verməsinin digər səbəbi Ukraynada olan müharibədir. Müharibə dünya bazarlarında neft və qaz qiymətlərinə də ciddi təsir edir. Bu da qiymətlərin fantastik həddə bahalaşmasına səbəb olur.

2021-ci İspaniyada cəmi 2.1 faiz inflyasiya müşahidə olunmuşdu.

Qeyd edək ki, İspaniya Mərkəzi Bankı aprel ayında açıqladığı hesabatda ölkədə 2022-ci il üçün inflyasiya proqnozunu 7.5 faizə qaldırıb.

//Nəzərbəy, Editor.az