İspaniyada isti hava rekord həddə çatıb. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, güclü istilər ölkənin müxtəlif ərazilərində meşə yanğınlarına səbəb olub.
İspaniyanın Sierra de Kulebra bölgəsində 25 min hektar meşə sahəsi külə dönüb. Navarra bölgəsində isə yanğının intensivliyi getdikcə artıb. Bildirilib ki, 20 kəndin sakinləri təxliyə edilib.
Hələlik yanğınlar zamanı ölən və yaralananlar barədə məlumat yoxdur.
//Nəzərbəy, Editor.az

