İspaniyada meymunçiçəyi xəstəliyinə yoluxanların sayı 51-ə yüksəlibbackend

İspaniyada meymunçiçəyi xəstəliyinə yoluxanların sayı 51-ə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada meymunçiçəyi virusu aşkarlananların sayı 51-ə yüksəlib.

Editor.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamada deyilir.

Açıqlamaya görə meymunçiçəyi virusuna yoluxanların sayı Madriddə 47, Əndəlüs və Kanar adaları bölgələrində isə 2-dir.

Qeyd edək ki, mayın 22-də ölkədə meymunçiçəyi xəstəliyinə yoluxanların sayı 41 olaraq açıqlanmışdı. İspaniya, Avropa Birliyi üzvləri arasında meymun çiçəyi xəstəliyinin ən çox aşkar olunduğu birinci ölkədir.

//Gülnarə Abasova, Editor.az