İspaniya Parlamentinin Baş Assambleyasında iki gün davam edən sərt müzakirələrdən sonra keçirilən səsvermədə 350 deputatdan 179-u “hə”, 171-i isə “xeyr” səsini verib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, 2018-ci ilin iyun ayından bəri üçüncü dəfə baş nazir seçilən Sançez partiyası PSOE-dən 121 səs, koalisiyanın kiçik tərəfdaşı Sumardan 31, Kataloniya Respublikaçı Solundan və Kataloniya Uğrunda Birlikdən hər biri 7 səs alıb.
Parlamentdə 137 deputatla birinci partiya olan sağçı Xalq Partiyası (PP), 33 deputatla ifrat sağçı Vox və cəmi 1 deputatla Navarra Xalq Birliyi (UPN) əleyhinə səs verib.
2020-ci ilin yanvarından sonra İspaniya demokratiyası tarixində ikinci dəfə koalisiya hökuməti qurularkən, son qanunvericilik dövründə PSOE-nin ortağı olan Unidas Podemos seçkilərə çox az qalmış qurulan Sumar partiyası ilə əvəz olundu.
PSOE və Sumar koalisiyası iqtisadi və sosial məsələlərlə bağlı qərarlarda əsasən razılaşsa da, hökumətin gələcəyini separatçı Kataloniya və Bask siyasi partiyaları həll edəcək.
//Səbinə Hüseynli, Editor.az

