“Dana” qasırğası İspaniyanın cənub-şərqində daşqınlara səbəb olub. Valensiyada 51 nəfər ölüb.
Editor.az xəbər verir ki, bu barədə Vahid Əməliyyat Koordinasiya Mərkəzi məlumat yayıb. Ölənlərin axtarışları davam edir və mütəxəssislər cəsədlərin şəxsiyyətini müəyyənləşdirməyə başlayıblar.
Yolların su basması səbəbindən bəzi ərazilərlə əlaqə kəsilib. Elektrik enerjisində və rabitədə fasilələr var. 300 nəfərin olduğu sürət qatarı relsdən çıxıb, lakin xəsarət alan olmayıb. Avtomobil, dəmir yolu və hava əlaqəsi pozulub. Təsirə məruz qalan ərazilərə 1 mindən çox hərbçi göndərilib. Regional hakimiyyət xilasedicilərin işini çətinləşdirməmək üçün insanlara evdə qalmağı tövsiyə edib. İspaniya parlamenti iclasına bir dəqiqəlik sükutla başlayıb.
//Samir Qurbanov, Editor.az

