İspaniyanın baş naziri Kiyevə gəlibbackend

İspaniyanın baş naziri Kiyevə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın baş naziri Pedro Sançes rəsmi səfərlə Kiyevə gəlib. Səfər çərçivəsində o, İrpin və Buçaya da gedəcək.

Editor.az bildirir ki, bu barədə “Suspilne”nın müxbiri məlumat verib. Ən böyük İspan nəşrləri və baş nazirin özü səfəri hələ təsdiqləməyib, lakin “Suspіlne” stansiyadan bir fotoşəkil dərc edib. Daha əvvəl media qeyri-rəsmi mənbələrdən öyrənib ki, Pedro Sançes elə həmin gün səhər saat 8 radələrində gəlməyi planlaşdırır. Bu isə o deməkdir ki, Sançes paytaxt Kiyevə fevralın 23-ü səhər qatarla gəlib.

Onun İrpen və Buçaya səfər etməyi, həmçinin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırdığı bildirilir. Xatırladaq ki, daha əvvəl müdafiə naziri Marqarita Robles İspaniyanın Ukraynaya altı “Leopard” tankı təhvil verəcəyini təsdiqləyib. Ölkənin 55 Ukrayna əsgərinə bu tanklarda təlim keçəcəyi də bildirilir.

  //Samir Qurbanov,Editor.az