İspaniyanın paytaxtı Madriddə helikopter şosedə qəzaya uğrayıbbackend

İspaniyanın paytaxtı Madriddə helikopter şosedə qəzaya uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın paytaxtı Madriddə Hortaleza yaxınlığında M-40 magistralının 5-ci kilometrliyində helikopter qəzaya uğrayıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, yaralananlar çoxdur, lakin onların heç birinin vəziyyəti ağır deyil. Qəzaya güclü küləyin səbəb ola biləcəyi bildirilib.

İFEMA-da təşkil edilən Europa Rotors sərgisində iştirak edən F-HPUX qeydiyyatlı Enstrom 280FX Shark modeli olduğu öyrənilən helikopterin havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğradığı bildirilir.

Qeyd edək ki, 22 oktyabr 1986-cı ildə Enstrom F-28F Falcon Nyu-Yorkun Manhetten üzərində mexaniki nasazlıq nəticəsində Hudson çayına düşmüşdü.

26 yanvar 2015-ci ildə isə Kolorado ştatının Eri şəhərində Enstrom 280FX helikopteri əsas rotor qanadları ayrıldıqdan sonra qəzaya uğramışdı.

//Səbinə Hüseynli, Editor.az