İsrail 28 ölkədə səfirliklərini bağladı – “Sky News Arabia”backend

İsrail 28 ölkədə səfirliklərini bağladı – “Sky News Arabia”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hakimiyyəti İrandan gələn təhdidlərə görə müxtəlif ölkələrdəki 28 diplomatik missiyasını bağlayıb. Editor.az bildirir ki, bu barədə “Sky News Arabia” xəbər verir.

Bundan əvvəl İran prezidenti İbrahim Rəisi Dəməşqdəki konsulluğa iki generalın və beş SEPAH zabitinin öldürüldüyü hücuma görə İsrailə qisas alacağını vəd edib. İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi bildirib ki, ölkə ona qarşı istənilən təhlükəni ciddi qəbul edir və istənilən ssenariyə hazırdır.

“Sky News Arabia” qeyd edir ki, İranın mümkün cavabına qarşı çıxmaq üçün İsrail ordusu hava qüvvələrinin və hava hücumundan müdafiə sisteminin döyüş hazırlığını artırıb, həmçinin hərbçilərin məzuniyyətlərini ləğv edib. Bundan bir gün əvvəl “Kan” radiosu da bəzi ölkələrdəki səfirliklərdən İsrail diplomatlarının təxliyyə edilməsi ilə bağlı məlumat yayıb.

Diplomatik nümayəndələrə ictimai tədbirlərdə iştirak etməmək tövsiyəsi ilə xəbərdarlıqlar göndərilib.

//Samir Qurbanov, Editor.az