İsrail 571 əsgərini itiribbackend

İsrail 571 əsgərini itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin oktyabrında münaqişənin qızışmasından bəri Fələstinin HƏMAS yaraqlıları ilə döyüşlərdə İsrail Müdafiə Qüvvələrinin 571 əsgəri həlak olub.

Editor.az bildirir ki, bu barədə “Times of Israel” SAXAL-ın mətbuat xidmətinə istinadən məlumat yayıb. Son məlumatlara görə, ötən gün Xan Yunisdə gedən döyüşlərdə 20 yaşlı daha bir əsgər şəhid olub, daha 8 əsgər yaralanıb. Qəzza zolağında quru əməliyyatı başlayandan bəri İsrail hərbçilərinin ölənlərin sayı 234-ə çatıb.
Fevralın 13-də Qahirədə İsrail və HƏMAS arasında girovların azad edilməsi üçün atəşkəs üçün danışıqlar başlayıb. Həmas yaraqlıları İsraildən 134 israilli məhbusun əvəzində 1500 məhbusu həbsdən azad etməyi tələb edirlər. Eyni zamanda, İsrailin Baş naziri Benyamin Netanyahu 2023-cü ilin noyabrında qüvvədə olan mübadilə sxemi ilə razılaşır: bir girov müqabilində üç fələstinli məhbus.

//Samir Qurbanov, Editor.az