İsrail ABŞ-ı İrana təzyiqi gücləndirməyə çağırdıbackend

İsrail ABŞ-ı İrana təzyiqi gücləndirməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin xarici işlər naziri Eli Koen İsraildə rəsmi səfərdə olan ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla danışıqlar aparıb.

Editor.az xəbər verir ki, o, ABŞ-ı İrana təzyiqi artırmağa çağırıb: “ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan ilə çox mühüm görüş oldu.

Mən ABŞ-ın İrana təzyiqinin artırılmasının vacibliyini vurğuladım ki, bu da regionda yeni irəliləyişlərə, o cümlədən “İbrahim razılaşmaları”na (İsraillə ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasına dair saziş) əsaslanan əməkdaşlığın genişləndirilməsinə imkan verəcək”, – Koen deyib: “İsrail və ABŞ arasında əməkdaşlıq İranın İsrail, Yaxın Şərq və dünya üçün təhlükəsini aradan qaldırmaq üçün vacibdir”, – israilli nazir əlavə edib.

//Samir Qurbanov,Editor.az