İsrail ABŞ-ın təklifini rədd etdibackend

İsrail ABŞ-ın təklifini rədd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livan parlamentinin sədri Nəbih Berri İsrailin ABŞ-ın Livanla danışıqlara dair təklifini rədd etdiyini bildirib: “Livan-İsrail danışıqlar yolu təklifi Təl-Əvivin Amerika təşəbbüsünü rədd etdiyi üçün gündəmdən çıxarılıb”, – Nəbih Berri deyib.

O izah edib ki, ABŞ prezidentinin Suriya üzrə xüsusi elçisi Tomas Barak Livan rəhbərliyinə İsrailin imtinası barədə məlumat verib.

Amerikanın təklifi iki aylıq atəşkəs və İsrail qüvvələrinin Livan ərazisindən çıxarılması ilə nəticələnə biləcək danışıqları nəzərdə tuturdu. O, həmçinin sərhədlərin demarkasiyası və təhlükəsizlik məsələlərinin həllini nəzərdə tuturdu.

//Samir Qurbanov, Editor.az